Nazim İbrahimovun rəhbərlik etdiyi komitə ləğv olunur?

img

07-03-2016 [12:19]


"Bu il struktur islahatları aparılmalıdır. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bir sıra qurumlar bir-birinin fəaliyyətini təkrarlayır. Buna yol vermək olmaz".

Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında deməklə məmur təbəqəsinə ciddi mesajlar verdi. Bununla da prezident bəzi dövlət qurumlarının ləğv olunmasının vaxtının yetişdiyinə işarə etdi.

Qeyd edək ki, ölkə başçısı bu ilin əvvəlində bəzi qurumların ləğvi, birləşdirilməsi ilə bağlı bir neçə fərman və sərəncamlar imzalayıb.

Milli.Az bildirir ki, hökumətdəki mənbənin modern.az saytına dediyinə görə, yaxın günlərdə daha iki qurumun birləşdiriləcəyi gözlənilir. Söhbət Diasporla İş üzrə Dövlət Komitəsilə Xarici İşlər Nazirliyindən (XİN) gedir. Verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsi XİN-ə birləşdiriləcək. Yəni komitə ayrıca bir dövlət qurumu kimi deyil, XİN tərkibində idarə statusunda fəaliyyət göstərəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA