?Azercell?dən abonentlərə Novruz hədiyyəsi

img

17-03-2010 [02:32]


Müəllimlər, həkimlər və digər dövlət orqanı işçiləri ?Azercell? sayəsində öz aralarında daha ucuz danışmağa başlayıblar. Bu vaxta qədər əsasən korporativ müştərilər işlədikləri idarənin tarif paketinə qoşulub güzəştlə danışa bilirdilər. İndi isə istənilən dövlət təşkilatının əməkdaşları geniş ?DövlətCell? şəbəkəsinə qoşulub çox sərfəli tariflə danışırlar. Bu paketin sayəsində Azərbaycanın həkimləri, müəllimləri də Fakturalı Xətt sahibi olub öz aralarında 1 dəqiqəsi 3 qəpikdən danışa bilirlər. Ucuz tariflər Novruz bayramı ərəfəsində abonentlərə hədiyyə olunan ?DövlətCell? paketi büdcədən maliyyələşən təşkilatların əməkdaşları üçün nəzərdə tutulub. Bu paketə qoşulan ?Azercell? abonentləri xeyli üstünlük əldə edirlər - güzəştli danışıq tarifi, pulsuz nömrə, sıfır abunə haqqı. Və bütün bunlar yalnız iş yerindən arayış əsasında rəsmiləşdirilir. Arayışı təqdim edəndən sonra abonentin nömrəsi ?DövlətCell? paketinə qoşulur. Bundan sonra da güzəştlər başlayır. Hər kəslə danışa bilərsən Özü də şəbəkə üzvləri yalnız işlədikləri idarənin əməkdaşları ilə deyil, ümumilikdə ?DövlətCell?ə qoşulan orqanların üzvləri ilə güzəştlə danışmaq imkanı qazanırlar. Bu da şəbəkənin daha çox genişlənməsinə, daha çox insanın öz aralarında çox ucuz qiymətlə danışmasına imkan verir. Bircə arayışla paketə qoşulmaq olar Öz abonentlərinin rahatlığını düşünən ?Azercell? yeni paketə qoşulmaq şərtlərini də çox rahat edib. Bu üstünlüklərə çatmaq üçün abonentlər yalnız dövlət idarəsində işlədiyini sübut edən arayış gətirməlidir. Bu sənəd yalnız abonentin qeydiyyata düşməsi üçün lazımdır. Sonradan həmin abonentin pulunu işlədiyi idarə yox, onun özü ödəyəcək. Yəni, ?DövlətCell? paketinə qoşulan abonentlər özləri öz danışıqlarını ödəyəcək, bu nömrələr üçün onların işlədiyi təşkilatın rəhbərliyi məsuliyyət daşımayacaq. Nömrələr pulsuz, abunə haqqı yox Abonentlərinin maddi rifahını önə çəkən ?Azercell? bu proqrama qatılmaq istəyənlər üçün digər güzəştlər də nəzərdə tutub. Məsələn, ?DövlətCell?ə qoşulmaq istəyən, amma fakturalı xətt abonenti olmayanlar ?Azercell?dən pulsuz nömrə ala biləcək. Bundan əlavə, həmin abonent öz adına ailə üzvləri üçün əlavə 3 nömrə də ala bilər. Bu zaman həmin nömrələr də abonentin işlədiyi idarənin deyil, onun öz adında olacaq. Yeri gəlmişkən, onu da qeyd edək ki, ?DövlətCell? tarif paketindən istifadə edənlərə heç bir abunə haqqı tətbiq olunmur. Onlar yalnız danışıqları müddət üçün pul ödəyirlər. ?Azercell?dən öz abonentlərinə Novruz töhfəsi olan bu proqramda güzəştlərin sayı bitib-tükənmək bilmir. Bütün bunlardan savayı, həm də müştərilərə pulsuz SOCLİR (nömrənin gizlədilməsi) xidməti də verilir. ?DövlətCell?lilər 1 ay ərzində 650 xidmətindən (balansın öyrənilməsi) pulsuz istifadə edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir

12:51 02.05.2025

Sabah yağış yağacaq