Əvəz Temirxan: ?Arif Hacılıya heç kim mənəvi haqq verməyib ki, ?Azadlıq? blokunun fəaliyyətinə imperativ qiymət versin?

img

17-03-2010 [01:07]


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının "Azadlıq" bloku-ADP-Ümid Partiyasının daxil olduğu blok yaranmayacaq" deməsi müxalif düşərgədə narazılıq yaradıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan deyib ki, Arif Hacılının ?Azadlıq? bloku, ADP və Ümid Partiyası birliyinə qiymət vermək hüququnu mənimsəməsi düzgün deyil: ?Arif Hacılıya heç kim mənəvi haqq verməyib ki, ?Azadlıq? blokunun fəaliyyətinə imperativ qiymət versin. Bu cür yersiz açıqlamalar onsuz da gərgin müxalifətdaxili münasibətləri daha da gərginləşdirir. Hesab edirəm ki, müxalifətin geniş koalisiyada parlament seçkilərinə getməsi şansı hələ itirilməyib. Müxtəli variantlar ola bilər, amma mənim şəxsi qənaətimə görə, müxalifətin bu seçkilərdə ?2 seçki bloku - hər dairədən 1 vahid namizəd? prinsipi ilə birləşməsi daha optimaldır. ?Azadlıq? bloku və onunla müttəfiq olmaq istəyənlər bir blokda, Müsavat DUİ digər blokda. Bu halda hər blok dairələrin yarısından namizəd verə bilər. Pulsuz efir vaxtı alıb, müttəfiq bloklar olaraq iqtidarın siyasətinə birgə müxaliflik edilə bilər. Demokratik seçkilərin və kütləvi aksiyaların birgə keçirilməsinə nail ola bilərik. Belə məsul məqamda yersiz asıqlamalar ümumi işə zərər gətirir. Hesab edirəm ki, nə mənim Müsavat-DUİ əməkdaşlığı, nə də Arif Hacılının ?Azadlıq? blokunun digər partiyalarla əməkdaşlığına dair qıcıqlandırıcı fikirlər söyləməyə haqqımız yoxdur. Əgər Müsavat DUİ ilə əməkdaşlıq etmək istəyirsə, bunun yalnız alqışlamaq olar və onlara uğur diləyirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA