AŞ PA-nın Monitorinq komitəsinin iclasında Azərbaycanla bağlı məruzənin müzakirəsi təxirə salınıb

img

16-03-2010 [04:28]


Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin iclasında Azərbaycanla bağlı hazırlanmış məruzənin müzakirəsi təxirə salınıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə YAP-ın saytına Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Səmədov məlumat verib. S.Seyidov bildirib ki, həmməruzəçilərin ölkəmizlə bağlı hazırladığı hesabatın aprel ayında müzakirə edilməsi qərara alınıb. Onun sözlərinə görə, təşkilatın Bürosunun və Daimi komitəsinin iclasında isə Azərbaycanla əlaqədar hər hansı müzakirə aparılmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA