Arif Hacılı DUi ilə müzakirələrdə hansısa seçki blokunun yaradılacağını gözləmir

img

16-03-2010 [02:45]


?Hazırda seçki ilidir və ölkədəki vəziyyətin siyasi qüvvələr tərəfindən dəyərləndirilməsinə ehtiyac var. Bilirsiniz ki, Qarabağ məsələsi ilə bağlı yeni təbədüratlar ortaya çıxıb. Eyni zamanda ölkəni bürüyən korrupsiyanın fəsadları ilə bağlı müzakirə olunmalı məsələlər var?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı DUİ-nin Müsavatla müzakirələrə başlacağı ilə bağlı təklifinə münasibət bildirərkən deyib. A.Hacılı onu da bildirib ki, DUİ ilə müzakirələrdə hansısa seçki blokunun yaradılacağını gözləmir: ?Bu təklifin müəllifi Mirmahmud Mirəlioğludur. O, bütövlükdə ölkədə olan vəziyyəti dəyərləndirmək üçün ilkin bir görüş təklif edib. Yəqin ki, görüş sabah baş tutacaq. Amma bu görüşdə hansısa seçki blokunun yaranması hədəf kimi qoyulmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA