Hökumət Milli Məclisdə hesabat verir

img

16-03-2010 [12:23]


Milli Məclisdə hökumətin 2009-cu ildə fəaliyyətinə həsr olunan hesabatı müzakirəsi başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda baş nazir Artur Rasizadənin başçılığı ilə hökumət üzvləri iştirak edir. Milli Məclisin spikeri Oqtay Əsədov çıxış edərək Azərbaycan iqtisadiyyatında böyük inkişafın müşahidə edildiyini, iqtisadiyyatda özəl sektorun payının artdığını, ölkəyə xarici investisiya qoyuluşunun həcminin çoxaldığını bildirib. O.Əsədov deyib ki, prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində Azərbaycan ümumdünya maliyyə böhranından kənarda qalıb. Spiker Nazirlər Kabinetinin hər il Milli Məclisə təqdim etdiyi hesabatın yüksək səviyyədə hazırlandığını bildirib. Hazırda Artur Rasizadə 2009-cu ilin hesabatını təqdim edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA