Mirmahmud Mirəlioğlu isa Qəmbər və Əli Kərimli ilə müzakirələr aparacaq

img

15-03-2010 [04:10]


Demokratiya Uğrunda İttifaqın (DUI) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, DUI Sədrlər Şurası ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı polis zorakılığını qəti şəkildə pisləyir və polis özbaşınalığına son qoyulmasını tələb edir. DUI SŞ-nın təşəbbüsü ilə ?ABŞ-da və dünyada anti Türk ? anti Azərbaycan siyasəti? mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada ?Türkiyədən əlini çək!?, ?Soyqırım dəllalığına son qoyulsun!? kompaniyasına başlanması haqda qərar qəbul edilib. DUI Sədrlər Şurasında KXCP-nin sədri M.Mirəlioğlunun Müsavat Partiyasının başqanı İ.Qəmbər və Azadlıq blokunun təmsilçisi Ə.Kərimli ilə görüşləri müzakirə olunmuş və müsbət dəyərləndirilib. Toplantıda DUİ -yə daxil olan 5 partiyanın ? Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA