Səidə Sultan "mavi"yə ərə getmək istəmir

img

14-03-2010 [07:00]


Bu yaxınlarda gənc müğənni Səidə Sultanın "STS" studiyasında "1 - inci" adlı ilk albomu işıq üzü görüb. Səidə xanım bu və digər işləri haqda bizə ətraflı məlumat verdi: "17 mahnıdan ibarət albomda Hatəm Nəbioğlu, Aynur Adilqızı, Vüsalə İlyasova, Üzeyir Cabbarov, İsmayıl Əsədov, Esmiralda Hüseynova, Lalə Məmmədova və başqalarının mahnıları yer alıb. Həmkarlarım Emin Bədəlov, Kərim və repçi Dado ilə oxuduğam duetlər də bu diskə daxil edilib. Həmin duetlər arasında Dado ilə oxuduğum "Beybi" mahnısı daha çox dinləyici rəğbəti qazandı. "Tənha idin" adlı mahnıma klip çəkdirsəm də, ümumilikdə mahnılarımı "raskrutka" etmirəm. Amma onlar öz-özünə sevilərək tanınır. Elə "Anlasana" adlı mahnım da belə tanındı". Aprel ayında bacısını ər evinə köçürməyə hazırlaşan Səidə Sultan özü bu addımı atmağa tələsmədiyini deyir: "Hələ ki, məni evlilik deyil, yaradıcılıq işlərim, sənətdə irəliləyişim maraqlandırır. Mənə evlilik təklif edənlər çox olub, çünki həmişə ətrafımda çox sayda əks cinsin nümayəndəsi var. Ümumiyyətlə, oğlan dostlarım sayca üstünlük təşkil edir. Amma mən onlara bacı gözü ilə baxıram. Həm də ki, bəzi həmkarlarım kimi, ad xətrinə ailə qurmaq istəmirəm. İraq olsun, mən "mavi" ilə bir yastığa baş qoya bilmərəm. Nə vaxt tam ürəyimcə olan halal süd əmmiş, əsl kişi qarşıma çıxar, onda ailə qurmaq haqda ciddi fikirləşərəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA