Xana 3 dildə albom buraxacaq

img

08-03-2010 [04:42]


Öz ad günündə, yanvarın 31-də müğənnilik fəaliyyətinə başladığını bəyan edən 18 yaşlı Xana Bakinskaya "İlin debütü" olmaq üçün əlindən gələni edir. Bu haqda Müstəqil İnformasiya Agentliyini məlumatlandıran gənc müğənni bütün gücünü yaradıcılıq işlərinə sərf etdiyini bildirdi: "Hazırda ilk albomum üzərində iş gedir. Qısa müddət ərzində repertuarıma daha 4 mahnı əlavə etmişəm. Albom "Ya prişla" ("Mən gəldim") adlanacaq. Alboma daxil olacaq mahnıların əksəriyyətinin müəllifi atam Fərhad Bakinski olacaq. Yaxın zamanlarda rus dilində oxuduğum "Uxodi" ("Get") adlı mahnıya Minskdə, "Yağışlar" mahnısına isə Bakıda klip çəkdirməyi planlaşdırırıq. Bu günlərdə lentə aldığım "Zvezda " ("Ulduz") və "Ya budu jdat" ("Gözləyəcəyəm") adlı daha 2 mahnımı radioya vermişəm. Allaha şükür, dinləyicilərin mahnılarıma olan reaksiyası müsbətdir. Əlbəttə, repertuarıma azərbaycanca mahnılar da daxil ediləcək. Ümumiyyətlə, ilk albomum qeyri-adi olacaq. Çünki ora daxil olan mahnıları 3 dildə - Azərbaycan, rus və ingilis dillərində ifa edəcəyəm. Bundan əlavə, yaxın vaxtlarda saytımı da açmaq fikrim var. Bunun üçün yaxın günlərdə fotosessiya planlaşdırıram".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA