Müxalifət Rəsul Quliyevin ittihamlarına cavab verir

img

13-03-2010 [02:30]


Eks-spiker, Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevin son müsahibəsi yenə də müxalifətdaxili gərginliyə səbəb olub. Belə ki, R.Quliyevin ?müxalifətin nə istədiyini bilmək çox çətindir. Bütün birləşmələr ayrılmalar nəyin bazasında yaranır? Əvvəl məqsəd və nəticə araşdırılır və onun bazasında birləşmə müzakirə olunur. Əgər nəticə məlumdursa, birləşməyin və ya birləşməməyin nə əhəmiyyəti vardır. Bu dəqiqə müxalifət ancaq bir məsələni müzakirə etməlidir, nə etmək lazımdır ki, seçicilərin konstitusion azad seçmə hüququ pozulmasın. Bununla əlaqədar hökumətlə, əsas partiya olan YAP-la danışıqlar aparılmasına cəhd etməlidir. Bu məsələ diqqət mərkəzində olmalıdır. Bu ideyadan bir şey çıxacaq, ya çıxmayacaq demək çətindir, ancaq diqqət buna yönəldilməlidir. Seçkilərə heç bir təsiri olmayacaq birləşmək, birləşməməklə camaatın başını xarab edib, seçkilərdən sonra daha ağır ittihamlarla ayrılmaqdan yorulmadılar?, - deməsi narazılığa səbəb olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan Rəsul Quliyevin fikirlərinin əhəmiyyətsiz olduğunu düşünür. Onun sözlərinə görə, R.Quliyevin müxalifətin nə birləşməsinə, nə də ayrılmasına heç bir təsiri yoxdur. Bu səbəbdən də ALP yetkilisi onun fiklərini önəmsiz sayır: ?Birləşmək xalqın istəydir. Birlik xalqın sosial sifarişidir, biz də bu sifarişi yerinə yetirməyə çalışırıq və heç kimin başını ağrıtmırıq. Okeanın o tərəfindən kiməsə məsləhət vermək asandır, amma yaxşı olar ki, Rəsul Quliyevin öz partiyası bir iş görsün. Qoy onun partiyası o dərəcədə güclənsin ki, Azərbaycanda demokratiyanın bərqərar olunmasında başqa partiyaya ehtiyac qalmasın?. R.Quliyevin müxalifətə hakimiyyətlə danışığa getmək təklifinə gəldikdə isə Əvəz bəy ?Qoy, Rəsul Quliyevin partiyası hakimiyyətlə danışıq aparsın, görək nə alınır. Rəsul Quliyev 14 ildir ki, gələ bilmir. İndi ölkədə yaşamaq hüququnun təmin olunması ilə əlaqədar iqtidara müraciət etsin, baxaq görək, bunun nəticəsi nə olacaq. Əgər faydalı nəticə olarasa, bu məsələni daha intensiv müzakirəyə çıxarmaq olar? - deyib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bildirib ki, R.Quliyevin fikirləri ilə müəyyən qədər razılaşır: ?Rəsul Quliyev burada Amerika kəşf eləməyib. Əgər biz öz iradəmizdən asılı olan birləşmək kimi bir məsələni reallaşdıra bilmiriksə, başqa məsələləri daha çətin reallaşdıra bilərik. Birlik bütün qələbələrin əsasıdır. Rəsul Quliyevlə bir şeydə razıyam ki, Azərbaycan müxalifətində birlik hissi zəifdir. Bu da bütövlükdə müxalifətin ümumi zəifliyindən başqa bir şey deyil. Hər bir azərbaycanlının fərqi yoxdur harda yaşayır, Azərbaycanın taleyi ilə bağlı fikir yürütmək hüququ var. Əslində bu adamları alqışlamalıyıq ki, rahat şəraitdə yaşasalar da, Azərböaycanda gedən prosesləri izləyirlər və laqeyd deyillər. Bu baxımdan Rəsul Quliyevin kənarda durub Azərbaycandakı vəziyyətə münasibət bildirməsini müsbət addım kimi qiymətləndirirəm. Müxalifət barədə fikirlərə gəldikdə isə onun dediklərinin hamısı düzgündür, doğrudan da birləşə bilmirik də. Bizim qrup, fərdi maraqlarımız hələlik milli maraqlardan öndə durur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA