Mübariz Qurbanlı: "Ermənistan?Azərbaycan, Dağlıq Qarabağ münaqizəsinin uzanması təhlükəli vəziyyət yaradır"

img

12-03-2010 [12:49]


?Son dövrlər Ermənistan ? Azərbaycan, Dağılq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində intensivliyin artmasını müşahidə etməkdəyik. Bu da təsadüfi deyil. Bütün bunların əsasında Azərbaycan Prezidenti İlham Əliyevin çevik və hücumçu xarakter daşıyan siyasəti dayanır. Prezident İlham Əliyevin bu yaxınlarda status-kvonun dəyişilməsi ilə bağlı söylədiyi fikirlər təbii olaraq münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməyə borclu olan ATƏT tərəfindən diqqətlə izlənir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri YAP-ın rəsmi saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, münaqişənin uzanması təhlükəli vəziyyət yaradır. Yəni problemin uzanmasının böyük müharibəyə çevrilməsi qorxusu var. ?Bütün bunlar ATƏT-i hərəkətə gətirib. ATƏT Parlament Assambleyasının prezidentinin və qurumun Dağlıq Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsinin bölgəyə səfəri bu intensiv diplomatiyanın nəticəsidir. Azərbaycan nümayəndələri ATƏT-in bütün tədbirlərində bu məsələni gündəmdə saxlayırlar. Bu səfər ATƏT rəsmiləri tərəfindən bölgədə münaqişəyə dair mövcud vəziyyətin dəqiq öyrənilməsi baxımdan önəmlidir? deyə o, vurğulayıb. YAP İcra katibinin müavini xüsusi nümayəndə Qoran Lenmarkerin ?Qarabağ problemi tezliklə həll edilməlidir, əks təqdirdə bölgədə bu münaqişənin böyüməsi bölgədə böyük müharibəyə gətirib çıxara bilər? fikrini xatırladaraq qeyd edib ki, bu, bir xəbərdarlıq rolunu oynayır. ?Bölgədə sülhün pozulması, müharibənin başlaması ATƏT-in söykəndiyi təməl prinsiplərinə ziddir, bütövlükdə, beynəlxalq aləmdə mövcud olan sülh və təhlükəsizliyin yaradılması istiqamətində atılan addımlara uyğun deyil. Ona görə də, beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində ciddi addımlar atmalıdır? deyə M.Qurbanlı bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA