Tahir Abbaslı: ?Belə getsə, xalq müxalifətə səs verməyəcək?

img

11-03-2010 [03:39]


?İndi parlament seçkisinə hazırlıq deyil, daha çox onu pozmaq, xalqı çaş-baş salmaq prosesi gedir?. Bu fikri Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azərbaycan Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı parlament seçkisinə hazırlığın səviyyəsini qiymətləndirərkən belə deyib. ?Fikirlərinizə nə ilə əsaslandırırsınız? sualının cavabında AİDP sədri bildirib ki, bunun üçün seçki texnoloqu olmaq lazım deyil: ?Baş verənlərini xronologiyasını izləmək yetər. İlk pozuculuq elə müxalifətin özündən gəldi. İsa Qəmbər qəflətən müxalifət daxilində agent axtarışı elan etdi. Təbii olaraq bu açıqlama narazılıqlar yaratdı və haqlı olaraq İsa Qəmbərin bu açıqlamasının arxasında başqa qüvvələrin dayanması haqda fikirlər söylənildi. Əslində Müsavat başqanının bu addımı seçki ilinə bomba partladaraq daxil olmaq niyyəti ilə atılmışdı. O elə zənn edirdi ki, bu açıqlama ilə xalqın rəğbətini qazanacaq. Amma əksinə oldu. Bomba elə İsa bəyin bir addımlığında ?partladı? və ətrafa heç qəlpəsi belə çatmadı. Və xalq bir daha ?bu müxalifətdən birləşən və hakimiyyətə gələn olmaz? deyimini bir daha təkrarladı?. AİDP sədri hesab edir ki, seçki ilində xalqın səsini almamaq, müxalifəti parçalamaq üçün bundan güclü addım ola bilməzdi. Heç iqtidar da indiyə qədər belə bir addım atmamışdı və bəlkə də ağlına belə gəlmirdi: ?Digər tərəfdən əvvəlki kimi birlik ideyalarının baş tutmamasını da qeyd etmək lazımdır. ??Ana müxalifətçilik? iddiası yenə bu prosesə mane oldu. İndi də Rəsulzadə-Elçibəy yoluna sadiq adam, qüvvə axtarışına çıxıblar. Məncə siyasi qüvvələr və seçicilər bu məsələni ortaya atan şəxsin 1998-ci ildə prezident seçkisində Elçibəyə güzəştə getmədiyini unutmayıb?. AİDP sədri hesab edir ki, artıq DUİ, Müsavat və Azadlıq blokunun birliyi alınmayacaq: ?Digər qüvvələrə gəlincə, baş verən qaragüruhçuluq konkret olaraq bizim partiyanın, yaxud xalqın sözünü deməyə hazır olan digər insanların ortaya çıxmasına, seçkiyə hazırlaşmasına, qatılmasına mane olur?. AİDP sədri hesab edir ki, baş verənlər həmçinin xalqın seçim etməsinə mane olur: ?Xalq indiki parlamentdən narazıdır və müəyyən dəyişiklik olmasını istəyir. Səsverməyə də hazırdır. Qeyd etdiyim qaragüruhçuluq bu prosesə mane olur və seçicilər çaş-baş qalıblar. Ona görə də sonda səsvermə anında geri çəkiləcək və öz sözünü deməyəcək, müxalifətə səs verməyəcək. İqtidar və ona yaxın digər qüvvələr də paylarını alıb özlərinə və qrupların marağına xidmət edən parlamenti quracaqlar?. AİDP-nin parlament seçkisinə qatılıb-qatılmayacağına gəlincə, T.Abbaslı bunları dedi: ?Biz bununla bağlı ötən ildən qərar vermişik. Partiyamız seçkiyə gedəcək. Yaxın vaxtlarda isə seçkiyə qatılanların sayı dəqiqləşəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA