Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarzı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib

img

11-03-2010 [03:02]


Bu gün Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib. Komissiyanın sədri, Baş nazirin müavini Əli Həsənov bildirib ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş ?Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yaylması ilə mübarizə üzrə Proqram?ın yerinə yetirilməsi istiqamətində komissiya və aidiyyəti dövlət təşkilatları bir sıra qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirlər. Ə.Həsənov bildirib ki, ötən dövr ərzində görülmüş işlərin təhlili, onların səmərəliliyinin qiymətləndirilməsi, qarşıda duran vəzifələrin icra mexanizmləri müzakirə edilərək müvafiq qurumlara əməli kömək göstərilib. İclasda Dövlət Komissiyasnın işçi qrupunun rəhbəri Araz Əliquliyev çıxış edərək 2009-cu il ərzində görülən işlər barədə məlumat verib. İclasda həmçinin, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli və Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək müzakirə olunan mövzularla bağlı KİV-lərdə maarifləndirici layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA