Əli Əhmədov: "Həmsədrlər üzərlərinə götürdükləri missiyanın məsuliyyətini dərk etməlidirlər"

img

10-03-2010 [03:55]


Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov deyib ki, Azərbaycan Fransa, Rusiya və ABŞ-ın vasitəçiliyinə inanaraq onların ATƏT-in Minsk qrupunun həmsədrləri olmasına razılıq verib. YAP yetkilisi inanır ki, həmsədrlər özlərinin missiyalarına vicdanla və beynəlxalq hüquq normalarına uyğun yanaşacaqlar. Ə.Əhmədov onu da bildirib ki, həmsədrlər üzərlərinə götürdükləri missiyanın məsuliyyətini dərk etməlidirlər. Amma təəssüf ki, 1992-ci ildə yaradılmış Minsk qrupu indiyə qədər öz missiyasını başa çatdırmayıb. Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ problemi ilə bağlı birgə bəyanatını xatırladan YAP sədrinin müavini qeyd etmişdir ki, hər iki dövlət Ermənistan?Azərbaycan münaqişəsinin həlli istiqamətində sıx əməkdaşlıq etmək niyyətini bildiriblər. ?Azərbaycan vətəndaşları olaraq bu bəyanata inanırıq. Amma bu inamın möhkəm və dayanıqlı olması bir amildən asılıdır. Verilən bəyanatlar əməli fəaliyyətdə təsdiqini tapsın. Belə bir hal isə özünü tam şəkildə göstərməmişdir?, - deyə Əli Əhmədov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA