Demokratiya Uğrunda ittifaqın Sədrlər Şurasının iclası keçirilib

img

10-03-2010 [03:43]


Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. Sədrlər Şurası 06 mart 2010-cu ildə KXCP-nin mənzil qərargahında DUİ-nin parlament seçkilərinə həsr olunmuş müşavirəsinin nəticələrini müzakirə etmiş və müsbət dəyərləndirmişdir. Seçki Qərargahına işin sürətləndirilməsi tapşırılıb. 2010-cu il Elçibəyin vəfatının 10 illiyi ilə əlaqədar tədbirlər planının hazırlanması KXCP-yə həvalə edilib. Bakının mərkəzində mülklərin sökülməsi işləri ilə əlaqədar vətəndaşların hüquqlarının pozulması və korrupsiya faktlarına aid dərc olunmuş materialların araşdırılması tələb olunsun. Respublikanın Ali şəxsindən adı ilə bağlanan xaricdəki mülkiyyətinə aid getmiş materiallar haqda izahat verilməsi tələb edilsin. 15 mart 2010-cu i saat 12-də KXCP-nin mənzil qərargahında ABŞ-da anti Türk və anti Azərbaycan mövqelərinə həsr olunmuş dəyirmi masa keçirilsin. Toplantıda DUİ -yə daxil olan 5 partiyanın ? Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA