ADP Qorbaçovun açıqlamasına münasibət bildirdi

img

10-03-2010 [12:38]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keşirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq gündəmin əsas mözusuna çevrilən ABŞ və Türkiyə arasında yaranan gərginliklərə diqqət çəkən İdarə Heyəti üzvləri ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində erməni ?soyqırımı? haqqında layihənin qəbul edilməsini dünyanın həssas bölgə kimi qəbul etdiyi Yaxın Şərqdə və Cənubi Qafqazda sülh və təhlükəsizlik sisteminin pozulmasına zəmin yaratması baxımından bir daha qətiyyətlə pisləyib və belə bir qərarın ABŞ-ın uzun illər yaxın strateji müttəfiqlik etdiyi Türkiyəyə qarşı arxadan vurulan zərbə və düşünülməmiş siyasi addım olduğunu qeyd edib. Azərbaycan Milli Məclisin və digər rəsmi rəsmi dairələrinin məlum məsələ ilə əlaqədar ABŞ konqresinə xalqımızın və qardaş Türkiyənin haqlı mənafeyini əks etdirən mövqe ilə çıxış etməsini təqdir edən partiya yetkililəri eyni zamanda ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun bu məsələdə fəal mövqe tutmamasını və türk diasporası ilə həmrəylik nümayiş etdirməməsini xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin fəaliyyətinin yarıtmazlığı ilə bağlı olduğunu bildirib və adı çəkilən qurumun işində ciddi islahatlara ehtiyac olduğunu hakimiyyətin diqqətinə çatdırıb. İdarə Heyəti üzvləri son vaxtlar ABŞ və Azərbaycan arasında siyasi münasibətlərin soyuqlaşması zəminində yaranan şəraitdən narahatçılıqlarını ifadə edib və bu günə qədər ABŞ-ın ölkımizə səfir göndərməməsinin anlaşılmaz olduğunu və bu faktın ölkədə demokratiyanın inkişafında ciddi maneə olduğunu bildirib. Xaricdə yaymlanan nüfuzlu mətbuat orqanlarında ölkə başçısının ailə üzvlərinin və bir çox dövlət məmurlarının böyük həcmdə daşınmaz əmlakının olması faktı ilə bağlı məlumatlara münasibət bildirən İdarə Heyyəti üzvləri beynəlxalq arenada respublikamızın adının bu cür neqativlərlə hallanmasından narahat olduğunu bildirib və iqtidardan korrupsiya və dövlət büdcəsini yağmalamaqla əldə edilən vəsaitlər hesabına başqa ölkələrdə əmlak alınması barədə yayılan məlumatlara aydınlıq gətirməsini tələb edib. Toplantı iştirakçılarının müzakirəyə çıxardığı məsələlərdən biri də son vaxtlar İranın ?Səhər? telekanalında Azərbaycana qarşı yönələn fikirlərin səslənməsi və bu kanal vasitəsi ilə göstərilən süjetlərdə xalqımızın əleyhinə açıq təbliğat aparılması ilə bağlı məsələ olub. İdarə Heyəti üzvləri adı çıkilən telekanalda əks olunanların, xalqlarımız arasında olan əlaqələrin tarixi köklərə dayanması və bu əlaqələrin hər iki xalqın mənafeyinə uyğun gəlməsi barədə İran rəsmilərinin səsləndirdiyi bəyanatlara zidd olduğunu bildirib və milyonlarla tamaşaçının izlədiyi bu cür verilişlərin nə qonşuluğa, nə də İslam birliyinə uyğun gəlməməsini diqqətə çatdırıb və İran rəsmilərini Azərbaycan əleyhinə yönələn bu cür verilişlərə son qoymağa çağırıb. Idarə Heyətində Sovet İttifaqının eks prezidenti M.Qorboçovun yenidən meydana çıxaraq guya Dağlıq Qarabağın daim Azərbaycan rəhbərliyinin ayrıseçkilik siyasətinin qurbanı olması və sosial-iqtisadi baxımdan bu bölgənin Ermənistana birləşdirilməsinin zərurətini əks etdirən bəyanatına da münasibət sərgilənib. İclasda qeyd edilib ki, Qorbaçovun məlum bəyanatı Dağlıq Qarabağ münaqişəsinin ssenarisinin Moskvada hazırlandığını və keçmiş SSRİ rəhbərliyinin bilavasitə başçılığı ilə alovlandırıldığını sübut edir. İdarə Heyəti üzvləri bu sərsəm bəyanatı qətiyyətlə pisləyib və tarixi reallığı əks etdirməyən bu yanaşmanın vaxtı ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını yayanlara ən böyük himayədarlıq edən Qorboçovun özünün dayanması faktından irəli gəldiyini bildirib. İdarə heyəti üzvləri son günlər ATƏT, Avropa Şurası və Avropa İttifaqı nümayəndələrinin Azərbaycana səfərlərinin nəticələrini müzakirə edib və bu səfərlər zaman insan haqları, demokratiya, demokratik seçki mühitinin yaradılması və xalqımız üşün aktual olan digər məsələlər barədə qaldırılan problemlərin həllini tapacağına ümid ifadə edib və iqtidarı ölkədə demokratik əngəllər yaradan neqativlərin aradan qaldırılması və demokratik dünyanın nizamına uyğun islahatlar keçirməsinə çağırıb. İdarə heyəti Türkiyədə baş verən zəlzələ nəticəsində yaranmış çoxsaylı insan tələfatından narahat olduğunu bildirib və qardaş ölkənin səfirinə partiyanın üzüntüsünü ifadə edən baş sağlığı göndərilməsi qərarlaşdırılıb. İdarə Heyətində həmçinin bəzi partiyadaxili və müxalifətdaxili məsələlər də müzakirə edilib və parlament seçkilərinə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA