Abid Şərifovun bu işçiləri vəzifələrini itirdilər - Siyahı

img

05-02-2016 [13:06]


Nazirlər Kabineti "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyası haqqında” qərarında dəyişikliklər edib.

Dəyişiklik Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının üzvləri ilə əlaqədardır.
Dəyişikliyə əsasən Nazirlər Kabineti aparatının hərbi və inzibati orqanlar şöbəsinin müdiri Elman Gərayzadə və Nazirlər Kabinetinin yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının üzvləri sırasına daxil edilib, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Çingiz Baxişev və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurasının sədri Novruzəli Orucov Komissiyanın üzvlüyündən çıxarılıblar.
Qeyd edək ki, Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının sədri baş nazirin müavini Abid Şərifovdur.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib