Lalə Şövkət "Madam" ləqəbli "KQB" agenti" yazısına görə yenidən məhkəməyə üz tutdu

img

09-03-2010 [02:42]


Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva Ölkə" qəzetinə qarşı qaldırdığı iddia ərizəsi ilə yenidən Yasamal Rayon Məhkəməsinə müraciət edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ALP sədr əvəzi Əvəz Temirxan məlumat verib. Qeyd edək ki, ötən həftə məhkəmə Lalə Şövkətin iddia ərizəsini geri qaytarmışdı. Məhkəmənin "Ölkə" qəzetinin redaksiyasına ünvanladığı qərardadda iddiaçının ərizəni qanunvericiliyin tələblərinə uyğun hazırlamadığı deyilir. Səbəb kimi isə iddiaçının ərizəsində cavabdehlərdən Orxan Sultanəli adlı şəxsin adı, soyadı və atasının adı, poçt ünvanı da iddia ərizəsində qeyd olunmayıb. Əvəz Temirxan məhkəmənin belə bir qərar verməsini ?Ölkə? qəzetinin tutduğu mövqe ilə əlaqələrdirib. O bildirib ki, ?Ölkə? qəzeti Orxan Sultanəli təxəllüsü altında müəllifin kimliyini bizə bildirmədiyi üçün vəziyyət bu yerə gəlib çıxıb. Ə.Temirxan onu da vurğulayıb ki, bu gün yenidən məhkəməyə müraciət ediblər. Amma bu dəfə Orxan Sultanəli təxəllüslü müəllif cavabdehlər siyahısından çıxarılıb. Xatırladaq ki, Lalə Şövkət "Ölkə" qəzetinin 11 fevral 2010-cu il tarixli 2 sayında dərc olunan "Madam" ləqəbli "KQB" agenti" yazısında şərəf və ləyaqətinin təhqir olunduğu qənaətindədir. Elə bu iddia ilə də o, qəzeti və yazının müəllifini məhkəməyə vermişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA