Ədalət Partiyası Türkiyəni ABŞ-la müttəfiqlik münasibətlərinə yenidən baxmağa çağırdı

img

09-03-2010 [02:14]


Ədalət Partiyası ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma ?erməni soyqırımı?nı tanımaq haqda qərarını pisləyən bəyanatla çıxış edib. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda deyilir: ?Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin erməni yalanına uyaraq, olmayan bir hadisə üzərində bu cür spekulyasiyalara yol açan qərar verməsi, hər şeydən əvvəl, özünü bütün dünyada demokratik dəyərlərin müdafiəçisi qismində təqdim edən ABŞ-ın imicinə çox böyük zərbə vurur. Belə anlaşılır ki, ABŞ üçün prioritet heç də demokratik dəyərlərin, ədalətin müdafiəsi, qalib gəlməsi deyil, zəruri məqamlarda öz maraqlarını hətta Şər elementi sayılan yalan, saxtakarlıq faktları hesabına belə, qorumaqdan, həyata keçirməkdən ibarətdir. Ədalət Partiyası hesab edir ki, Konqresin Xarici Əlaqələr Komitəsinin ?erməni lobbisi?nin maliyyə və siyasi dəstəyi qarşısında təslim olması, ABŞ-ın demokratik imicini darmadağın edəcək ciddi bir fakt olmaqla yanaşı, həm də rəsmi Vaşinqtonun bütövlükdə türk-islam dünyasında nüfuzunu sürətlə itirməsinə gətirib çıxaracaq. Ədalət Partiyası ABŞ-ın düşünən beyinlərini, bu dövlətin imicini qorumağa çalışanları, xüsusən də prezident Barak Obama administrasiyasını Konqresin etdiyi bu yanlışlığı düzəltmək üçün türk-islam dünyasından üzr istəməyə və bu uydurma ?erməni soyqırımı? məsələsini öz xarici siyasətindən birdəfəlik çıxarıb tarixin arxivinə tullamağa çağırır. Ədalət Partiyası bu qənaətdədir ki, bu yanlışlıq tezliklə düzəldilməzsə, ABŞ-ın öz müttəfiqləriylə birgə indiyədək Yaxın və Orta Şərqdə həyata keçirdiyi siyasət tamamilə iflasa uğrayacaq və bütövlükdə Qərb dünyasının bu coğrafiyada maraqlarına ciddi təhlükə yarancaq. Partiya qardaş Türkiyə Cümhuriyyətini isə belə ikili, mücərrəd və qeyri-səmimi siyasət apardığına görə, özünə strateji müttəfiq bildiyi ABŞ-la hərbi, siyasi və iqtisadi planda qurulan əməkdaşlıq münasibətlərinə yenidən baxmağa, hətta NATO-dan çıxmaq təklifini müzakirəyə çıxarmağa çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA