Deputatlarımız AŞ PA-nın iclaslarında iztirak etmək üçün Fransaya səfər edəcək

img

09-03-2010 [01:20]


Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Aydın Abbasov 11-17 mart tarixlərində Fransaya səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, səfərdə məqsəd AŞ PA-nın Parisdə keçiriləcək Büro və komitə iclaslarında iştirak etməkdir. AŞPA-nın Bürosunda baş tutacaq iclasda bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinə dair 1416 saylı qətnamənin yerinə yetirilməsi üzrə Xüsusi komitənin yenidən formalaşması məsələsinə də baxılacaq. Qurumun Daimi komitəsinin iclasında Avropada milli azlıqların müdafiəsi, uşaqlara qarşı məişət zorakılığı məsələləri, Ukraynada prezident seçkisinin nəticələri nəzərdən keçiriləcək. AŞPA-nın Monitorinq komitəsində isə Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə məruzə layihəsi, Gürcüstanda, Ermənistanda, Moldovada vəziyyət, Çernoqoriya tərəfindən öhdəliklərin yerinə yetirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub. Qeyd edək ki, səfər martın 18-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA