islam Partiyası: ?Bu, ABŞ tərəfindən müsəlman dünyası ölkələri əleyhinə atdığı ilk addım deyil?

img

06-03-2010 [04:10]


Azərbaycan İslam Partiyası (AİP) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ?erməni soyqırımı?nın qəbul edilməsi ilə bağlı etiraz bəyanatı yayıb. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ki, bu, Qərb dünyasının müqəddəs İslam dininə və dünya müsəlmanlarına qarşı yürütdüyü çirkin siyasətin təzahürüdür. ?Əslində tarixçilərin və tədqiqatçıların araşdırmaları nəticəsində qiymətləndiriləcək bir məsələni, bir qrup siyasətçinin ixtiyarına qoymaq, qərəz və haqsızlıqdan başqa bir şey deyil. Xəstə təxəyyülün məhsulu olan qondarma soyqırım iddiaları regionda inkişaf etmiş və zəngin tarixə malik olan Türkiyəyə qarşı ən böyük ədalətsizlikdir?- deyə bəyanatda qeyd olunur. Bəyanatda o da bildirilir ki, bu, ABŞ tərəfindən müsəlman dünyası ölkələri əleyhinə atdığı ilk addım deyil. Ötən il BMT-də Ermənistanın işğalçı kimi tanınması məsələsi gündəliyə çıxarılan zaman da ABŞ bunu dəstəkləməyib. Bundan əlavə, ABŞ yeganə ölkədir ki, qondarma ?Dağlıq Qarabağ Respublikası?na maliyyə dəstəyi göstərilir: ?ABŞ uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsini öz maraqları çərçivəsində naməlum istiqamətə yönəltmək niyyətindədir. ABŞ-ın ədalətsiz mövqeyindən çəkinməsini tələb edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA