ALP lideri Lalə Şövkət yenidən məhkəməyə müraciət edəcək

img

06-03-2010 [03:34]


Yasamal Rayon Məhkəməsi Azərbaycan Lideral Partiyasının lideri Lalə Şövkət Hacıyevanın "Ölkə" qəzetinə qarşı qaldırdığı iddianı geri qaytarıb. Məhkəmənin "Ölkə" qəzetinin redaksiyasına ünvanladığı qərardadda iddiaçının ərizəni qanunvericiliyin tələblərinə uyğun hazırlamadığı deyilir. Səbəb kimi isə iddiaçının ərizəsində cavabdehlərdən Orxan Sultanəli adlı şəxsin adı, soyadı və atasının adı, poçt ünvanı da iddia ərizəsində qeyd olunmayıb. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə məlumat verən ALP sədr əvəzi Əvəz Temirxan məhkəmənin belə bir qərar verməsini ?Ölkə? qəzetinin tutduğu mövqe ilə əlaqələrdirib: ?Öncə on deyim ki, ?Ölkə? qəzeti özündə cəsarət tapıb Orxan Sultanəli təxəllüsü altında müəllifin kimliyini bizə bildirmədi. İş məhkəməyə veriləndən sonra bir qrupp yazar etiraf etdilər ki, Orxan Sultanəli imzası ilə onlar yazıblar. Əvvəllər də çox olub ki, iqtidar mənsublarını məhkəməyə verəndə onların ünvanlarının yoxluğunu bəhanə gətirərək, geri qaytarırdılar. Burada isə üç cavabdehdən birinin ünvanı bəlli deyil, onu da qəzet bizə verməmişdi?. Ə.Temirxan onuda vurğulayıb ki, martın 9-da yenidən məhkəməyə müraciyət edəcəklər. Amma bu dəfə Orxan Sultanəli təxəllüslü müəllif cavabdehlər siyahısından çıxarılacaq. Xatırladaq ki, Lalə Şövkət "Ölkə" qəzetinin 11 fevral 2010-cu il tarixli 2 sayında dərc olunan "Madam" ləqəbli "KQB" agenti" yazısında şərəf və ləyaqətinin təhqir olunduğu qənaətindədir. Elə bu iddia ilə də o, qəzeti və yazının müəllifini məhkəməyə vermişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA