Müsavat Partiyası Türkiyəyə dəstək verdi

img

05-03-2010 [05:32]


ABŞ Nümayəndələr Palatasının alt komitəsində qondarma erməni soyqırımının qəbul edilməsi qərb dünyasında, o cümlədən ABŞ-da dövlətlərarası münasibətlərə ikili standartlarla yanaşmanın təzahürüdür. Tarixçilərin və digər araşdırmaçı alimlərin işi olan bu məsələnin Konqresdə müzakirəsi bölgədəki proseslərə mənfi təsiri qaçılmazdır. Çünki xəstə təxəyyülün məhsulu olan uydurma soyqırım iddialarının bu dərəcədə şişirdilməsi regionun aparıcı dövləti olan Türkiyəyə qarşı haqsız təzyiq vasitəsindən başqa bir şey deyil. 1915-ci ildə baş vermiş bu hadisələrə belə canıyananlıqla münasibət bəsləyən konqresmenlərin son 20 ildə Azərbaycana qarşı təcavüzkar siyasətə, bu siyasətdən doğan soyqırım hadisələrinə və insanların öz doğma torpaqlarından etnik təmizləməyə məruz qalmasına biganə yanaşması da xeyli suallar doğurur. Müsavat Partiyası dünyada demokratiyanın və insan haqlarının mühüm istinadgahı kimi tanınan ABŞ-ın bu hərəkətlərindən narahatdır və bunu bölgədəki vəziyyətin daha da gərginləşməyinə xidmət edən addım kimi qiymətləndirir. Ona görə də biz ABŞ konqresini bu qətnamə layihəsini, ümumiyyətlə, müzakirəyə çıxarmamağa, Türkiyənin haqlı mövqeyinə dəstək verməyə çağırırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA