ümid Partiyası Türkiyənin Azərbaycandakı səfirliyinin qarzısında piket keçirəcək

img

05-03-2010 [04:08]


Ümid Partiyasının Rəyasət Heyyətinin növbəti toplantısı keçirilib. Partiyadan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda ölkədə baş verən ictimai-siyasi prosseslər, bu il keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı qərara alınıb ki, parlament seçkilərində iştirak məsələsi bazar günü partiyanın Ali Məclisinin toplantısında geniş müzakirə edilsin və qərar qəbul olunsun. Daha sonra RH-nin toplantısında son zamanlar Türkiyəyə qarşı təşkil edilmiş xarici təzyiqlər məsələsi müzakirə olunub. Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi keçirdiyi dinləmələrdən sonra 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı aparılan siyasətin dəyərləndirilməsi ilə bağlı qətnaməyə səs verib. Nümayəndələr Palatasının gündəminə erməni məsələləri üzrə işçi qrupun təqdim etdiyi 252 nömrəli qətnamə 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qəbul edilib. Qətnaməyə görə, ABŞ prezidenti 1915-ci ildə Osmanlı Türkiyəsində baş verənləri rəsmi olaraq erməni soyqırımı kimi səciyyələndirməli və hər il apreldə ölkənin erməni mənşəli vətəndaşlarına müraciətdə məhz bu termindən istifadə etməlidir. Bu məsələ ilə bağlı olaraq partiyanın Rəyasət Heyyəti qərara alıb ki, həm Türkiyəyə dəstək bəyanatı qəbul edilsin, həm də martın 12-də Türkiyənin Azərbaycandakı Böyük Elçiliyinin binası önündə piket keçirilsin. İclasda yekdilliklə aksiyasının keçirilməsi məsələsi dəstəklənərək qərar qəbul edilib. Ümid Partiyasının bu gün qəbul edilmiş bəyanatında qeyd edilir ki, martın 12-də keçiriləcək dəstək aksiyasında ölkənin bir sıra təşkilatları, media qurumları və siyasi müxalifət partiyaları da dəvətlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA