Milli Məclisdə deputatlar Amerikaya qarzı çıxdılar

img

05-03-2010 [12:58]


Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri ABŞ Konqresi Xarici əlaqələr komitəsində qəbul olunan ?Erməni soyqırımı? layihəsi ilə bağlı mövqelərini bildiriblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputatlar Amerikaya etiraz ediblər. Belə ki, çıxış edən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə layihənin qəbul olunması regionda sülhə, əmin-amanlığa və Türkiyəyə zərbə vuracağını qeyd edib. İ.Ağazadə onu da qeyd edib ki, çox təəssüf ki, ABŞ Xocalı soyqırımı ilə bağlı belə bir münasibəti olmayıb. Millət vəkili Qənirə Paşayeva da ABŞ Konqresinin sözügedən komitəsinin qərarına etirazını bildibir. O, qəbul olunan layihənin dünyanın hər yerində yaşayan türklər üçün təhqir olduğunu deyib. Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, konqresin bu qərarı ABŞ-ın siyasətinə uyğun gəlmir: ?Biz bir daha şahidi olduq ki, dünyada hüququn yox, gücün hüququ üstün gəlir. Elə buna görə də prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan heç kəsə güvənməməlidir, öz ordusunu gücləndirməlidir və öz hesabına problemlərini həll etməlidir. Hesab edirəm ki, qondarma soyqırım layihəsinin qəbulu Türkiyəyə, dolayısı ilə Azərbaycana da təzyiqdir?. Milli Məclisin sədri Oqtay Əsədov də məsələylə bağlı mövqeyini bildirib. O təəssüflə qeyd edib ki, ABŞ kimi bir dövlət balaca bir erməni lobbisinin əlində əsir-yesir qalıb: ?Ancaq inanmıram ki, Amerika bu cür kiçik məsələyə görə öz müttəfiqlərini itirmək istəsin. Əgər soyqırım tanımaq istəyirlərsə, gəlsinlər, faktlar, videolar olan Xocalı soyqırımını tanısınlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA