AMiP rəhbərliyi ABŞ Milli Demokratiya institutunun direktoru ilə görüzüb

img

04-03-2010 [05:18]


Bu gün AMİP-in müvəqqəti qərargahında partiya rəhbərləri ilə ABŞ Milli Demokratiya İnstitutunun ölkə üzrə yeni təyin olunmuş direktoru, cənab Aleks Qriqoryevs arasında görüş keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə əsas müzakirə predmeti Azərbaycandakı demokratik təsisatların durumu, ictimai-siyasi vəziyyət, eləcə də qarşıdan gələn parlament seçkiləri haqqında olub. AMİP Baş Katibi Fuad Muxtarov hakimiyyətin demokratik təsisatlara, vətəndaş cəmiyyətinə, həmçinin, azad mətbuata son dərəcə dözümsüzlük nümayiş etdirməsindən, fundamental insan hüquq və azadlıqlarını daha intensiv pozmasından narahatlığını çatdırdı. O, eyni zamanda ölkədə keçirilən seçkilərin total saxtalaşdırıldığından, vətəndaşlarda seçkilərə inamsızlıq yaratdığını da vurğuladı. Cənab Aleks Qriqoryevs isə təmsil etdiyi qurumun Azərbaycanda da hüquqi və demokratik cəmiyyətin qurulmasında maraqlı olduğunu və bunun üçün imkanları daxilində bu proseslərə köməklik göstərdiklərini bildirdi. Görüşdə ABŞ Milli Demokratiya İnstitutu ilə AMİP arasında əməkdaşlıqdan məmnunluq ifadə edildi və bu əməkdaşlığın bundan sonra da daha da dərinləşməsi üçün səylərin artırılması qənaətinə gəlindi. Görüşdə AMİP Təşkilat Katibi Nazim Ələsgərov, Mətbuat və Təbliğat Katibi Əli Orucov və Bələdiyyələrlə iş üzrə Katib Elşən Mustafayev də iştirak edirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA