Millət vəkili Fəzail Ağamalı dindarların sərt təpkisi ilə üzləzib

img

04-03-2010 [04:27]


Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının bir neçə gün öncə dindarlarla bağlı işlətdiyi fikirlər islamçı demokratların qəzəbinə səbəb olub. Bununla bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən AİDP sədri hacı Tahir Abbaslı deyib ki, Fəzail Ağamalının bu dəfə ?fəryadı? xalqımıza, mənəvyiyyatımıza və dövlətçiliyimizə hörmətsizlikdir: ?Hesab edirik ki, ?din dövlətdən ayrıdır?, ?biz dünyavi dövlətik?, ?İrançı?, ?Turançı? kimi köhnəlmiş şüarların arxasında onun özünü ?güclü?, ?xalqçı? və ?dövlətçi? kimi təqdim etməsi qeyri-səmimi bir addımdır və seçkiyə hesablanmış addımdır?. T.Abbaslı hesab edir ki, F.Ağamalının bir müddət öncə dindarların keçirdiyi aksiyanı bütövlükdə İslam dininin və dindarların ayağına yazması qəbul edilməzdir: ?Cənab Ağamalı bu məsələdə ədalətli və qərəzsiz mövqe tutsa idi, daha yaxşı olardı. Günahkar axtarışına çıxmağa son vermək lazımdır. Hər şeyi öz adı ilə çağırsaq daha yaxşı olar və Fəzail müəllimə də bunu məsləhət görürəm. Yaxşı olardı ki, hörmətli Fəzail Ağamalı və digər deputatlarımız ermənilərə qarşı belə aqressiv mövqe və münasibət sərgiləyərdilər. 15 il parlamentə yer tutub və bu tribunadan şəxsi maraqları üçün yararlanmaqdansa ölkə vətəndaşlarının azad və rahat yaşaması üçün iş görsəydilər daha yaxşı olardı?. AİDP sədrinin fikrincə, Fəzail Ağamalının, və digərlərinin açıqlamaları dindarları nüfuzdan salma kampaniyasının tərkib hissəsidir: ?Metodlardan biri də dindarları xarici ölkələrlə bağlamaqdır. Məncə bu yanaşma kökündən səhvdir və Azərbaycanda islam dininin dərindən dərkində əməyi olan, ölkəni mənəvi nöqteyi nəzərdən qorumağa çalışan insanları sıradan çıxarmaq məqsədi güdür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA