Murad Arif "Eurovision" mahnılarından narazı qaldı

img

03-03-2010 [03:45]


"Eurovision-2010" mahnı müsabiqəsi üçün dünən "Buta Palace"da keçirilən milli finalda iştirakçıların səsləndirdiyi mahnılar demək olar ki, tamaşaçıları qane etmədi. Milli final mərhələsini canlı və televiziya vasitəsilə izləyən tamaşaçılar mahnılarda millilik olmadığını bildirirlər. Dünən keçirilən tədbirdə isə narazılıq o həddə çatmışdı ki, tamaşaçılar "Buta Palace"a gələn jurnalistlərə yaxınlaşıb narazılıqlarını bildirirdilər. Tamaşaçılar arasında olan bəstəkar və tanınmış aparıcı Murad Arif də var idi. O, mahnılarla bağlı öz iradlarını ANS PRESS-lə bölüşüb. ?Mən çox təəssüflənirəm. Artıq 3 ildir ki, müsabiqəyə təqdim etdiyimiz mahnılarda Azərbaycanın caz, muğam, klassik, estrada, ozanını hiss etdirə bilmirik?, deyə M. Arif qeyd edib. O əlavə edib ki, bunu bizim əvəzimizə mənfur düşmənlərimiz olan ermənilər edir. ?Milli final mərhələsində iştirakçıların Osloya gedəcək namizəd kimi təqdim etdikləri hər bir mahnını çox asanlıqla Polşanın, Almaniyanın, İngiltərənin, Danimarkanın adından təqdim etmək olar. Bu mahnıların heç bir notunda, heç bir nəfəsində və alətlərində Azərbaycan kaloritinə aid heç nə yoxdur", deyə Murad Arif qeyd edib. Onun sözlərinə görə, bu mahnılarla müqayisədə ermənilər musiqi alətlərimizdən daha yaxşı istifadə ediblər. ?Məgər, zurna, balaban pis alətlərdir? Sazı Avropa ilə uyğunlaşdırmaq olmur? O boyda Vaqif Mustafazadə Azərbaycan aləti olmayan fortepianoda muğamı ifa etmişdi. Biz ingilis ritmləri üzərində sazımızdan, tarımızdan istifadə edə bilmirik. Bilmiriksə, niyə bilmirik??, deyə aparıcı vurğulayıb. Murad Arif bu sözləri ilə heç kimi ittiham etmədiyini söyləyərək bəstəkarlara da mesaj göndərib: ?Qoy bütün günü səhərdən axşama kimi sinəsinə döyən peşəkar bəstəkarlar utansın!?. Qeyd edək ki, ?Eurovision-2010? mahnı müsabiqəsinin milli final mərhələsində iştirakçılar beş əcnəbi bəstəkara məxsus ?Cancelled?, ?Don?t Let The Morning Come?, ?Drip Drop?, ?Soulless? və ?Under My Skin? mahnıları səsləndi. Adıçəkilən mahnılardan ?Drip Drop? hər üç ifaçının ifasında səsləndi. Final mərhələsinin sonunda Osloya gedəcək mahnının adı açıqlanmasa da, qalib Səfurənin məhz bu mahnı ilə çıxış edəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA