Cəmilə deputat olmaq istəyindən əl çəkib

img

28-02-2010 [05:34]


Elit-star ləqəbli müğənni Cəmilə yeni layihəsi haqda xəbər yayıb. Sənətçi amerikalı repçi Eskotla musiqisi Ruslan Səfəroğluna məxsus "Bizi qovuşdur, Ya Rəbb" adlı mahnısını duet şəklində oxuyub. Cəmilə xanım mahnının özünə aid hissəsini azərbaycanca, Eskot isə ingiliscə ifa edib. Mahnıya klip çəkilişi də nəzərdə tutulub. Xatırladaq ki, bir neçə ay öncə, Cəmilə xanım qəzetimizə verdiyi müsahibəsində deputat mandatı almaq iddiasında olduğunu və bu səbəbdən qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətini bildirmişdi. Sənətçimizin amerikalı repçi ilə oxuduğu duetlə öz seçki kampaniyasına start verəcəyini düşünərək, onunla əlaqə saxladıq. Lakin Cəmilə xanım verdiyimiz sualdan sanki çaşdı: "Seçki nədir? Nə parlament? (Bir qədər fikirləşir) Hə... Mən namizədliyimi 3-4 ildən sonra verəcəyəm. Hələ ki, sənətimlə məşğulam". Deyəsən, Cəmilə xanım arzusunun real olmadığını anlayaraq geri çəkilib. Bəlkə də o, bu barədə ciddi şəkildə heç düşünməyib də. Sən demə, müğənninin deputat olmaq haqda bəyənatı isə reklam tryukundan başqa şey deyilmiş.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA