ADP evləri sökülən vətəndazların hüquqlarının təmin olunmasını tələb edir

img

03-03-2010 [02:25]


Azərbaycan Demokrat Partiyası (ADP) mənzili sökülən Bakı sakinlərinin müdafiəsinə qalxıb. ADP sədrinin birinci müavini Həsrət Rüstəmov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Bakının mərkəzində mənzillərinin sökülməsi müqabilində normal kompensasiya ala bilmədiklərinə görə narazı olan vətəndaşların problemi ilə əlaqədar partiyanın mövqeyini açıqlayıb: ?Fizuli küçəsində yaşayan vətəndaşların mənzillərinin sökülməsi ilə bağlı yaranmış vəziyyət bizi həqiqətən də ciddi şəkildə narahat edir və bu insanların dövlət qurumlarının ədalətsiz münasibətinə məruz qoyulmasını qətiyyətlə pisləyirik. Vətəndaşların meydanda tək qalması, lazım olan hüquqi və təşkilati prosedurları yaxşı səviyyədə həyata keçirə bilməməsi, onların hüquqlarının müdafiəsinə deputatların, bələdiyyə üzvlərinin, habelə hüquq-müdafiə işləri ilə məşğul olan QHT-lərin qoşulmaması isə onu göstərir ki, burda artıq təkcə hüquqların pozulması deyil, həm də onların qorunması uğrunda heç bir təşkil olunmuş mübarizənin olmaması problemi də mövcuddur. Mövcüd vəziyyətin artıq müəyyən bir müddətdə davam etməsinə baxmayaraq yüksək rütbəli hökumət mənsublarının, xüsusilə də vətəndaşın hüququnun təsbit olunduğu Konstitusiyanın təminatçısı olan respublika prezidentinin və ya onun aparatının bu məsələyə reaksiya verməməsi isə daha acınacaqlı faktdır. Ümumiyyətlə, vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına dair bu cür halların son vaxtlar artması isə onu təsdiq edir ki, əksər vətəndaşlarımızın düşündüyünün əksinə olaraq beynəlxalq hüquqda və Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqları bir tamdır və ölkədə siyasi hüquqların davamlı pozulmasına qarşı vətəndaş müqavimətinin zəifliyi son nəticədə hər bir vətəndaşın şəxsi həyatında böyük bir problem kimi meydana çıxır. Ona görə də bu cür problemlərdən universal çıxış yolu hər bir vətəndaşın ölkənin siyasi problemlərinə həssas yanaşması, seçkilərdə fəal olması, biləvasitə özünə aid olmamasına baxmayaraq başqa vətəndaşların hüquqları pozulduqda buna mümkün forma və üsullarla reaksiya verməsindən və siyasi baxımdan təşkilatlanmasından ibarətdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA