Elçin Mirzəbəyli: "iran hakimiyyəti Azərbaycana yaxın qonzuluq münasibəti sərgiləmir"

img

02-03-2010 [05:33]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İranın rəsmi dövlət teleradio birliyinə (İRİB) daxil olan və yalnız ölkədən xaricə yayımlanan ?Səhər-2? telekanallar şəbəkəsinin Azərbaycana qarşı qərəzli təbliğatına etiraz edib. BAXCP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yaxın günlərdə İran hakimiyyəti ölkənin Azərbaycan Respublikası ilə həmsərhəd bölgələrindən birində ?etnik azlıqların problemləri? ilə bağlı konfrans keçirməyi planlaşdırır. Konfransın məqsədi isə Azərbaycan Respublikasının ərazisində yaşayan etnik azlıqların problemlərini ?araşdırmaq?dan ibarətdir. BAXCP-nin beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli bildirib ki, İran hakimiyyətinin Azərbaycana münasibətdə yürütdüyü siyasət yaxın qonşuluq prinsiplərinə uyğun gəlmir: ?İranın Azərbaycan ərazilərini işğal edən Ermənistana hərtərəfli yardım göstərməsi, təcavüzkar ölkə ilə ortaq layihələr həyata keçirməsi sübuta yetirir ki, bu ölkə beynəlxalq hüququn təməl prinsiplərindən üz çevirməklə yanaşı, islami dəyərlərdən də uzaqlaşıb. Dünyanın bütün sivil ölkələri ilə, beynəlxalq birliklə qarşı-qarşıya dayanan İran rejimi Azərbaycan əleyhinə siyasət yürütməklə sanki diqqəti öz çoxsaylı problemlərindən yayındırmağa çalışır?. BAXCP katibinin qənaətinə görə, İranın Azərbaycana qarşı siyasəti gündən-günə aqressivləşir və təhlükəli hal alır: ?Azərbaycan hökuməti İran rejiminin ölkəmizə qarşı həyata keçirdiyi təxribat xarakterli hərəkətlərin qarşısının alınması üçün beynəlxalq təşkilatlara müraciət etməli və dünya ictimaiyyətinin diqqətini rəsmi Tehranın provokasiyalarına yönəltməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA