Əli Əhmədov Avropa Xalqları Partiyasının prezidentini qəbul edib

img

02-03-2010 [02:51]


Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov martın 2?də Avropa Xalqları Partiyasının prezidenti Vilfred Martinsin rəhbərlik etdiyi nümayəndə heyətini partiyanın mənzil qərargahında qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə iki partiya arasında birgə əməkdaşlığın gələcəkdə inkişaf perspektivi və Yeni Azərbaycan Partiyasının Avropa Xalqları Partiyasına müşahidəçi üzv qismində qəbul olunması haqqında söhbət açılmış, qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Görüşdə Avropa Xalqları Partiyasının Xarici Əlaqələr departamentinin rəhbəri Nikolas Briki, partiyanın Prezident kabinetinin rəhbəri xanım İngrid Qesensi, YAP İcra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin deputatı Asəf Hacıyev iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA