BAXCP sədri Qüdrət Həsənquliyev Naxçıvan Muxtar Respublikasının konstitusiyasına əlavə və dəyizikliklərin edilməsilə bağlı qanun layihəsi hazırla

img

01-03-2010 [07:17]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Partiyadan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan əsas məsələ isə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına əlavə və dəyişikliklərin edilməsinə dair Konstitusiya Qanununun hazırlanması ilə bağlı olub. BAXCP İdarə Heyəti partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev tərəfindən Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına əlavə və dəyişikliklərin edilməsilə bağlı Milli Məclisdə səsləndirdilən təkliflərin qanun layihəsi kimi hazırlanması, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Milli Məclisə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim oluması barədə qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA