Əli Həsənov: ?iranda elə qüvvələr var ki, iki dövlət arasında münasibətlərin pozulması istiqamətində cəhdlər göstərirlər?

img

01-03-2010 [01:05]


Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında İran-Azərbaycan münasibətlərinə toxunub. Əli Həsənov deyib ki, İranda Azərbaycana qarşı fəaliyyət göstərən elə qüvvələr var ki, iki dövlət arasında münasibətlərin normal olmasında maraqlı deyillər və onun pozulması istiqamətində cəhdlər göstərirlər. İranda Azərbaycan bayraqlarının yandırılmasına münasibət bildirərkən Ə.Həsənov deyib ki, ?Azərbaycan tərəfi olaraq belə cəhdlərin qarşısının alınması üçün fəaliyyət göstəririk". O, qarşı tərəfdən belə cəhdlərin qarşısının alınması üçün kifayət qədər tədbir görülməməsindən təəssüflənib. Ə.Həsənovun sözlərinə görə, İranın Azərbaycanda yayımlanan "Səhər" telekanalının ayrı-ayrı verilişləri Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlətin həyatında baş verən prosesləri inkar etməyə, mahiyyətini dəyişməyə və saxtalaşdırmağa xidmət edir. Prezident Adminstrasiyasının rəsmisi qonşu dövlətlərlə normal münasibətlərin saxlanmasının Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğunu deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA