Cümzüd Nuriyev elmlər doktoru oldu

img

28-02-2010 [05:29]


Tanınmış politoloq Cümşüd Nuriyev milli və siyasi proseslər ixtisası üzrə "Siyasi sabitlik: ölkədə aparılan aqrar islahatlar",- mövzusunda elmi iş müdafiə edərək, siyasi elmlər doktoru adına layiq görülüb. C.Nuriyevin verdiyi məlumata görə, bu iş Azərbaycanda birinci dəfədir ki, işlənib: "Bu iki elmin sintezidir. Aqrar iqtisadiyyat və siyasətşünaslığın sintezi eyni müstəvidə birləşdirilib. Ümumiyyətlə, keçmiş sovet ittifaqında da aqrar islahatların siyasi sabitliyə təsiri işlənməmiş bir mövzudur. Adətən post-klassik və klassik kapitalizmdə islahatlar aparmağa ehtiyac qalmadığına görə, orada siyasi məsələlər daha çox iqtisadi müstəvidə araşdırılır. Amma keçmiş sovet respublikaları uzun müddət sosializm sistemində olub və planlı sovet iqtisadiyyatından bazar iqtisadiyyatına keçiblər. Ölkədə baş verən proseslərdə aqrar sahənin rolu və yeri tədqiq olunmayıb". C.Nuriyev deyib ki, burada daha çox ölkədə aparılan aqrar islahatların hər iki mərhələsi 1993-2003 və 2003-2010-cu ilə qədər olan mərhələ araşdırılıb. İlk dəfədir ki, bu müstəvidə ərzaq təhlükəsizliyi, qida təminatı, sahibkarlığın inkişaf etdirilməsi və Ümumdünya Ticarət Təşkilatına üzv olma ərəfəsi şəraitində Azərbaycanı gözləyə bilən siyasi risqlər araşdırılıb. Eyni zamanda torpaqdan istifadə qaydalarından tutmuş, ekoloji təmiz məhsulun yetişdirilməsinə qədər məsələlər araşdırma mözusu olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA