Deputat Nizami Cəfərov Türkiyəyə səfərə gedib

img

27-02-2010 [02:31]


Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov Türkiyəyə səfərə gedib. Bu barədə Müstəqil İnformasiya Agentliyini Milli Məclisin mətbuat xidmətindən məlumat daxil olub. Verilən məlimata görə, səfər çərçivəsində o, Türkiyə Böyük Millət Məclisinin deputatları ilə görüşəcək, görkəmli ictimai xadim, dünya şöhrətli alim İhsan Doğramacının dəfn mərasimində iştirak edəcək. Komitə sədri türkiyəli həmkarları ilə görüşdə iki qardaş ölkə arasında parlamentlərarası münasibətlərin daha da dərinləşməsi və digər məsələlər barədə fikir mübadiləsi aparacaqdır. Səfər fevralın 28-də başa çatacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA