AiDP sədri DAK həmsədri Sabir Rüstəmxanlıya xəbərdarlıq edib

img

26-02-2010 [03:44]


Dünya Azərbaycanlıları Konqresinin (DAK) fəaliyyətini tənqid etməsi Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslını hücuma məruz qoyub. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən T.Abbaslı bildirib ki, onun açıqlamasından sonra partiyanın bloqunun elektron ünvanına DAK-dan hədə qorxular və təhqir dolu məktublar gəlir. Onun sözlərinə görə, DAK rəhbərliyi tənqiddən nəticə çıxarmaq əvəzinə, təhqirə, hədə-qorxuya keçiblər: ?Mən başa düşə bilmirəm ki, bu adamlar özlərində olan qüsuru düzəltmirlər, amma bu əyriliyi göstərən güzgünü sındırmağa çalışırlar. Ona görə də bu Çirkin kampaniyanı dayandırması üçün DAK həmsədri Sabir Rüstəmxanlıya demək istəyirəm ki, əlaltılarına durdursun. Yoxsa bu çirkin kampaniyanın sərt cavabı olacaq?. DAK katibliyinin nümayəndəsi Samir Əsədli isə T.Abbaslının yalan danışdığını bildirib. Onun sözlərinə görə, bu, özünüreklamdan başqa bir şey deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA