Millət vəkili Məlahət ibrahimqızı Belçikaya gedib

img

26-02-2010 [12:55]


Millət vəkili Məlahət İbrahimqızı Avropa Parlament Forumunun qlobal səhiyyəyə dair konfransında iştirak etmək üçün bu gün Belçikaya gedib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, Brüssel şəhərində keçiriləcək tədbirdə qadınların, südəmər körpəsi olan anaların sağlamlığının qorunması, ana və uşaq ölümü ilə mübarizə, qadınların siyasi təmsilçilik məsələləri, dövlət büdcəsindən bu sahəyə maliyyə ayrılması mövzusunda müzakirələr aparılacaq. Səfər martın 3-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA