Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yunanıstan səfərindən döndü

img

26-02-2010 [12:44]


Yunanıstan vətəndaşların mühafizəsi naziri Mihalis Krisohoidisin dəvəti ilə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyətinin Yunanıstana səfəri başa çatıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Azərbaycanın FHN və Yunanıstanın Vətəndaşların Mühafizəsi Nazirliyinin nümayəndə heyətləri arasında keçirilən görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb və hər iki nazirlik arasında mövcud əlaqələrin möhkəmləndirilməsi, daha da inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Görüşdən sonra ?Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş? imzalanıb. Daha sonra, ?Elefisina? Hava Qüvvələri Bazasında, Yunanıstan Polis Əməliyyat və Yanğın Xidməti Əməliyyat mərkəzlərində görüşlər keçirilib. Görüşlərdə qeyd olunan qurumların iş fəaliyyəti haqqında Nazirliyin nümayəndə heyətinə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA