AiDP sədri Qüdrət Həsənquliyevin təklifinə qarzı çıxır

img

25-02-2010 [02:45]


?Zorlanma, intihar, qətl və sair kimi cinayət hadisələri bəşəriyyətin faciəsidir. Belə halları törədənlər, bu hallara səbəb olanlar layiqli cəzalarını almalıdrlar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə AİDP sədri hacı Tahir Abbaslı millət vəkili Qüdrət Həsənquliyevin zorlama üstündə həbs olunanların axtlanması ilə bağlı qaldırdığı məsləyə münasibət bildirərəkən deyib. Təklifi tükürpədici fətva kimi qiymətləndirən T.Abbaslı təklifi bəzi millət vəkillərinin seçki canfəşanlığı hesab edir. Qüdrət Həsənquliyevin təklifini kommunist sayağı fətva adı verən AİDP sədri bu addımın uğursuz olduğunu bildirdi: ?Ölkəmizdə o qədər problemlər var. Mənə elə gəlir ki, bəzi millət vəkilləri vaxtlarını və intellektlərini belə mənasız işlərə sərf etməkdənsə, Qarabağla bağlı sistemli təşəbbüslər göstərsələr, daha yaxşıdır. Hesab edirəm ki, bu təklifi qaldıran və dəstəkləyən millət vəkilləri xalqın mənəvi və maddi haqqını zorlayanlarla mübarizə aparsalar daha yaxşı olar?. T.Abbaslı onu da qeyd etdi ki, bu təklif təsdiqini taparsa ondan sui-istifadə edənlər də tapıla bilər: ?Hesab edirəm ki, belə bir təklif qanuna salınarsa və tətbiq olunarsa, cəmiyyətdə qarşıdurmalara səbəb ola bilər?. Zorlama faktına görə, cinayəti törədənin layiqli cəza almasını, məsələn uzun illər həbsdə saxlanılmasını məqbul sayan AİDP sədri bildirdi ki, insani yox, heyvani və nəfsani hisslərlə yaşamağın fəsadları ilə bağlı Qurani Kərimdə hər bir məqam öz əksini tapıb. Bu mənada o, belə problemlərə qarşı mübarizə apararkən Qurini Kərimin köməyindən istifadəni zəruri sayır. İslam dini layiqincə bərqərar olan ölkələrdə zorlama faktlarının çox az olduğunu deyən AİDP sədri hesab edir ki, ?axtalama? kimi təklifif ortaya atmaqdansa Qurani Kərimdə əksini tapan tövsiyyələrin düzgün şəkildə cəmiyyətə çatdırılması istiqamətində işlər görmək daha düzgün olardı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA