Rasim Musabəyov: "Avropa Birliyi hazırda daha çox öz daxili problemləri ilə məzğuldur"

img

25-02-2010 [01:40]


?Avropa Birliyinin hələlik Dağlıq Qarabağ probleminin həlli ilə bağlı proseslərə təsir imkanları məhduddur. Eyni zamanda, AB tərəfindən münaqişənin həllində fəal iştirak etmək üçün böyük istək də görünmür?. Bu sözləri politoloq Rasim Musabəyov AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Ermənistan ? Azərbaycan münaqişəsi ilə bağlı fikirlərini şərh edərkən deyib. R.Musabəyovun fikrincə, xüsusi nümayəndə təşkilatın deyil, şəxsi mövqeyini ortaya qoyub. ?AB hazırda daha çox öz daxili problemləri ilə məşğuldur. Təşkilat genişlənəndən sonra onun Konstitusiyası ilə bağlı qalmaqallar var idi, indi də iqtisadi böhrandır. Hesab edirəm ki, bu prosesdə AB dəstək verən təşkilat və cəlbedici məkan kimi iştirak edir? deyə politoloq vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA