YAP Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirib

img

25-02-2010 [01:34]


Fevralın 25-də Yeni Azərbaycan Partiyası Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı ?Xocalı faciəsini dünyaya çatdıraq: hər birimiz bir təbliğatçı olaq? mövzusunda anım mərasimi keçirib. YAP-ın Nərimanov rayon təşkilatının qərargahında keçirilən tədbirdə Milli Məclisin deputatları, partiya fəalları və faciənin canlı şahidləri iştirak ediblər. Mərasim iştirakçıları öncə Xocalı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tarix boyu Azərbaycan xalqının faciələrlə rastlaşdığını bildirib. Əli Əhmədov qeyd edib ki, bu faciələr sırasında miqyası baxımından 18 il əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı qətliamıdır. Onun sözlərinə görə, Xocalı qətliamı özünün qəddarlığı, amansızlığı ilə digər faciələrdən fərqlənir. ?Xocalı faciəsi bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. Bu hadisə zamanı heç kimə fərq qoyulmadan ? qocalar, uşaqlar, qadınlar xüsusi amansızlıqla qətlə yetiriliblər. Bu hadisəni fərqləndirən digər məqam etnik zəmində baş verməsidir. Qətliamı törədənlər xalqımıza qarşı nifrətlərini ifadə ediblər. Xüsusi qəddarlığı ilə seçilən bu faciəni unutmağa heç kimin haqqı yoxdur. Xalq öz faciəsini unudanda mübarizliyini də itirmiş olur? deyə YAP Sədrinin müavini vurğulayıb?. Əli Əhmədov dünya birliyinin də faciələrə fərqli yanaşmalar göstərdiyini qeyd edib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət ayrı-ayrı yerlərdə baş vermiş faciələrə həssaslıqla yanaşsalar da, Xocalı faciəsinə münasibətdə ikili standartlar mövcuddur. ?Bəzi dövlətlər uydurma ?erməni soyqırımını? tanıdığı halda, həqiqi, faktlara əsaslanan, hələ qanı qurumamış faciələrə göz yumurlar. Ona görə də, hər bir vətəndaşın vəzifəsi bu faciəni dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olmalıdır. Azərbaycan dövləti, o cümlədən bir sıra ictimai təşkilatlar, diasporumuz bu yöndə fəaliyyət göstərməkdədir. Bu baxımdan Heydər Əliyev Fondunun keçirdiyi aksiyaların əhəmiyyəti xüsusi qeyd olunmalıdır? deyə Əli Əhmədov vurğulayıb. Ç

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA