Musa Quliyev: ?Ermənistan Qərbi Azərbaycandan qovulanlara təzminat ödəməlidir?

img

23-02-2010 [01:10]


Milli Məclisin yaz sessiyasının bugünkü iclasında çıxış edən deputat Musa Quliyev Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində doğma yurd-yuvalarını tərk edən azərbaycanlıların məsələsindən danışıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputat bildirib ki, 1948 və 1953-cü illərdə Ermənistandan azərbaycanlıların deportasiya olunmasına hüquqi-siyasi qiymət verilməlidir. M.Quliyevin sözlərinə görə, 1948-53-cü illərdə Qərbi Azərbaycandan qaçqın düşən soydaşlarımıza repressiya qurbanları statusu verilməlidir. Deputat onu da qeyd edib ki, Milli Məclis bu məsələyə baxmalı və beynəlxalq məhkəmə qarşısında Ermənistanın 1948-53-cü illərdə Qərbi Azərbaycandan qovulan soydaşlarımıza təzminat ödəməsi məsələ qaldırılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA