Deputat ?Azərsun Holdinq?i və Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid etdi

img

23-02-2010 [01:07]


Milli Məclisin bugünkü iclasında Müsavat Deputat Qrupunun üzvü İltizam Əkbərli ?Azərsun Holdinq?i sərt tənqid edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputat İmişlidə şəkər zavodu tikən şirkətin heç bir qanuna, xüsusiylə də ekoloji qanunvericiliyə riayət etmədiyini bildirib. İ.Əkbərli qeyd edib ki, sözügedən şirkətin tikdirdiyi şəkər zavodu ekologiyanı ciddi şəkildə korlayır, insanlar rahat nəfəs belə ala bilmirlər: ?Bundan əlavə, insanları tez-tez işdən çıxarırlar. Əgər bu, iqtisadi krizislə bağlıdırsa, onda nəyə görə sonradan yeni işçilər götürürlər?. Deputat Ekologiya və Təbii Sərvətlər Nazirliyini də tənqid edib. İ.Əkbərli ?Baytarlıq xidməti hər ay açıqlama verir ki, Azərbaycanda ?Quş qripi? yoxdur. Amma quş ovuna qoyulan qadğa hələ də qüvvədədir. Kasıb ailələr quş ovundan çörəkpulu qazanıb ailələrini dolandırırdılar. İndii buna imkan vermirlər. Ancaq xarici iş adamları, imkanlı şəxslər ov edirlər, onlara hər hansı bir qadağa yoxdur. Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə diqqət yetirsə, yaxşı olar?,-söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA