Milli Məclisin iclası bazlayıb

img

23-02-2010 [12:24]


Milli Məclisin bugünkü iclası Xocalı soyqırımının qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclası giriş sözü ilə açan Milli Məclisin sədri Oqtay Əsədov yaxın günlərdə Xocalı faciəsinin 18-ci ildönümünün tamam olacağını xatırladıb. O.Əsədov Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Soyqırımı qurbanları yad edildikdən sonra parlamentin plenar iclası öz işinə başlayıb. Öncə cari məsələlər müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA