Müsavat hakimiyyətdən ölkədəki narazılığı aradan qaldırmağı tələb edib

img

22-02-2010 [06:43]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əsas müzakirə olunan məsələ ölkədə yaranmış vəziyyət olub. Çıxışlarda ölkədə özbaşınalığının görünməmiş həddə çatdığı, vətəndaşların müraciətlərinə məhəl qoyulmaması, bu vəziyyətə görə İlham Əliyevin məsuliyyət daşıdığı xüsusi vurğulanıb. İqtisadi böhran dərinləşdikcə qiymətlər sürətlə qalxır, bir sıra büdcə təşkilatlarında maaşlar aylarla verilmir. Dövlətin vətəndaşların əmlak hüquqlarını pozması halları getdikcə çoxalır. Bakıda salınacaq ?Qış Parkı?nın ərazisində yaşayan sakinlərə əmlaklarının real dəyərinə adekvat kompensasiya verilməməsi də bu halların sırasına qoşulub. Divan yaranmış vəziyyətdən dərin narahatlığını bildirib və hakimiyyətdən qeyd olunan sahələrdə qayda-qanun yaratması tələb olunub. İranda Azərbaycan bayrağının yandırılması, ölkəmizə qarşı həqarətli çağırışlar edilməsi və bu ölkənin Ermənistandakı səfirinin Qarabağla bağla destruktiv çıxışı kəskin şəkildə pislənilib. Toplantıda partiya başqanı İsa Qəmbər Divan üzvlərini Ukraynada azad və ədalətli seçkilər keçirdiyi üçün Viktor Yuşşenkoya göndərdiyi təbrik məktubu ilə tanış edib. Xocalı soyqırımının ildönümü ilə bağlı fevralın 26-da saat 11:00-da həmin faciənin qurbanlarının xatirə abidəsinin ziyarət edilməsi qərara alınıb. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA