Lalə Şövkət ona ?KQB? agenti deyənləri məhkəməyə verdi

img

22-02-2010 [05:51]


Azərbaycan Liberal Partiyanın (ALP) lideri Lalə Şövkət ona ?KQB? agenti böhtanı atdıqlarına görə, ?Ölkə? qəzetinin redaksiyasına, baş redaktor Rəfael Becanova və ona böhtan atmış ?Orxan Sultanəli? təxəllüslü müəllifinə qarşı Yasamal Rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ALP mətbuat xidmətindən məlumat daxil olub. Verilən məlumata görə, Lalə Şövkət cavabdehlərin atılmış böhtanın təkzib edilməsini, üzr istənilməsini və cavabdehlərin hər birinin 100 min manat məbləğində cərimə edilərək, bütün məbləğin Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın hesabına köçürülməsini tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA