BQP seçkilərdə iztirakla bağlı rəmsi qərarını mart ayında verəcək

img

22-02-2010 [03:32]


?Partiya parlament seçkilərində iştirakla bağlı yekun qərar verməyib. Fevralın 16-da Siyasi Qurulun iclasında seçkilərdə təkbaşına iştirak barədə ilkin qərar vermişik. Son qərarımızı mart ayının ikinci ongünlüyündə Ali Məclisin iclasında verəcəyik?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Böyük Quruluş Partiyasının Ali Məclis sədri Əjdər Əliyev deyib. Onun sözlərinə görə, hələlik partiyada seçkidə təkbaşına iştirak qərarı gündəmdədir. Qeyd edək ki, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhmili seçkilərdə BQP-Ədalət-BAXCP birliyinin yaradılması ilə bağlı təkliflə çıxış edib. BQP yetkilisi isə hələlik bu məsələnin partiyada müzakirə olunmadığını vurğulayıb və bildirib ki, belə bir birliyin yaranması da mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA