iran səfirliyi qarzısında etiraz aksiyası keçirildi, polis 9 nəfəri saxladı (yenilənib)

img

22-02-2010 [12:52]


Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) Vətəndaş Həmrəyliyi Partiyası ilə birgə İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, aksiya iştirakçıları ?Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!?, ?İslamçı dövlət, işğalçı dövət!?, ?Azərbaycan, Azərbaycan!? kimi şüarlar səsləndiriblər. Bundan əlavə, etirazçılar Serj Sarkisyanın Əhməd Nejatın qucaqlaşmış formada çəkilmiş fotoşəkillərini qaldırıblar. Sonda piket iştirakçılarının bəyanatı İran səfirliyinə təqdim edilib. Aksiya insidentsiz ötüşsə də polis müdaxiləsi olub. Belə ki, piket başa çatana yaxın polis piket iştirakçılarından 2 nəfəri saxlayıb. Hər iki şəxs Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıblar. Qeyd edək ki, aksiya İranda Azərbaycan bayrağının yandırılmasında və səfirliyin yumurta atəşinə tutulmasına, həmçinin konsulluğun qarşısında aksiya keçirilməsinə etiraz əlaməti olaraq keçirilib. DAK-dan verilən məlumata görə, polislə piket iştirakçıları arasında heç bir qarşıdurma baş verməsə də, ancaq 9 nəfər saxlanılıb. Onlardan yalnız ikisinin adı məlumdur. Bunlar DAK Gənclər Təşkilatının sədri Samir Turan və onun müavini Fuad Abdurrəhmanlıdır. Saxlanılanlar Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıblar. Hazırda onlar müstəntiqlər tərəfindən dindirilir. Digərlərinin də adları dəqiqləşən kimi məlumat veriləcək. Artıq DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsindədirlər. Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) Vətəndaş Həmrəyliyi Partiyası (VHP) ilə birgə İranın Azərbaycandakı səfirliyinin binası qarşısında polisin saxladığı şəxslər izahat verdikdən sonra buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA