Əvəz Temirxan blokdaxili müzakirələrdən sonra DUi-nin təklifinə cavab verəcəklərini deyir

img

20-02-2010 [02:15]


Məlum olduğu kimi, Müsavat Partiyasının Divanı Demokratiya Uğrunda İttifaqın ?Azadlıq? bloku-Müsavat-DUİ birliyi təklifinə müsbət cavab verib. Amma ?Azadlıq? blokundan hələ də hər hansı bir mövqe ortada yoxdur. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən sözügedən bloka daxil olan Azərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan bu istiqamətdə müzakirələrin getdiyini bildirib: ?Bu təkliflər ?Azadlıq? blokundakı partiyalar tərəfindən öyrənilməkdədir. Yəqin ki, blok məsələni birgə müzakirə edib hansısa qərarı verəcək. ALP-yə gəlincə, biz hesab edirik ki, konkret olaraq bir partiyanın mövqeyini ümumblok konkekstindən kənarda müzakirəyə çıxarmağa ehtiyac yoxdur, çünki bu doğru olmazdı. Blok daxilində bu barədə müəyyən fikirlər var, araşdırılır. Sözsüz ki, yekunda münasibət bildiriləcək?. Ə.Temirxan onu da qeyd edib ki, onun özü üçün nəzərdə tutduğu müxlifətin müəyyən birlik formatı var. Onun fikrincə, nəzəri cəhətdən daha məqsədəuyğun olardı ki, müxalifətdə olan partiyalar bir blokda olsunlar: ?Amma bu, nə dərəcədə mümkündür, onu deyə bilmərəm. Ancaq hər halda deyə bilərəm ki, Azərbaycanda demokratiyanın belə zəiflədildiyi, avtoritarizmin diktaturaya keçdiyi, beynəlxalq təşkilatların ölkəmizdəki demokratiyaya biganə dövründə daha çox qüvvələrin bir araya gəlməsinə ehtiyac var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA